Saqatelyan anons verdi, İrəvan qarışdı: “Türksüz Ermənistan”da “Yol bağlansın”...

17-05-2022, 11:17           
Saqatelyan anons verdi, İrəvan qarışdı:
“Daşnakstyun” partiyasının nümayəndəsi, “Müqavimət” hərəkatının liderlərindən biri İşxan Saqatelyan gecə saatlarında bazar ertəsi sosial şəbəkələrdə canlı yayımda açıqlama edərək bildirib ki, müxalifət mayın 17-də səhər saatlarından Yerevanda küçələri bağlamağa davam edəcək: "İctimaiyyətdə Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi formalaşıb, bu, aşkar faktdır. Göstərilməlidir ki, Paşinyanın artıq ölkədə hakimiyyəti yoxdur, o, hakimiyyət xalqındır".

Bu gün səhər saatlarında Saqatelyan dediyi kimi 8 radələrində Ermənistan paytaxtı İrəvanda Nikol Paşinyan hökumətinin istefası tələbi ilə müxalifətin yeni aksiyası artıq başlayıb.

Adalet.az RİA Novosti-yə istinadən xəbər verir ki, nümayişçilər şəhərdə nəqliyyatın hərəkətini iflic etmək üçün bir neçə küçəni bağlayıblar.

Etirazçılar “Türksüz Ermənistan” şüarları səsləndirirlər.

Qeyd edək ki, müxalifətin liderlərindən hesab olunan İşxan Saqatelyan Türkiyə- Ermənistan münasibətlərinin normallaşması gündəmə gələn gündən Paşinyana qarşı sərt şəkildə açıqlamalar verir və ona qarşı mübarizə aparacağını elan edirdi: “ Məğlub olmuş, kapitulyasiya imzalamış rəhbərlə yalnız düşmən masa arxasına keçmək istəyər. Ona görə ki, ondan yeni gözləntilər var. Azərbaycanın satqın Paşinyandan yeni gözləntiləri olacaq, o bizi bir daha satacaq. Nikolun hakimiyyətdə qalmağının qiyməti budur”,- deyə vurğulayıb.



Əntiqə Rəşid












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru