"Hər şey yaxşı olacaq, qələbə qazanacağıq!" - Peskov nikbin danışıb

18-05-2022, 06:35           
"Hər şey yaxşı olacaq, qələbə qazanacağıq!" - Peskov nikbin danışıb
Putinin sözçüsü Dmitri Peskov Rusiyanın düşdüyü hazırki duruma rəğmən nikbin açıqlamalar verib.

SİTAT.İNFO xəbər verir ki, konfransda çıxış edən Peskov, “Mən hər şeyin yaxşı gedəcəyinə, qələbə qazanacağımıza və bütün məqsədlərimizə çatacağımıza əminəm. Prezidentimiz ölkəni hara apardığını bilir”.- deyib

Eyni zamanda Peskov bəyan edib ki, bütün ölkə Rusiya prezidenti Vladimir Putini dəstəkləyir.

Rusiyaya qarşı diplomatik, siyasi və iqtisadi müharibənin aparıldığını və ölkənin təcrid etməyə çalışıldığını bildirən Kreml sözçüsü, Rusiyanı dəstəkləməyən ölkələri düşmən adlandırıb: “Əvvəlki kimi biz onlara “dost olmayan ölkələr” deyirik. Amma indi deyə bilərəm ki, bunlar düşmən ölkələrdir, çünki onların etdikləri müharibədir”.
Ətraflı

Peskov bildirib ki, Rusiyaya qarşı hibrid müharibə aparan ABŞ da daxil olmaqla Qərb dövlətləri düşmən ölkələrə çevrilib. Kremlin sözçüsü Rusiyanın öz maraqlarını müdafiə etdiyini bildirib.

O, bəyan edib ki, dövlət öz mövcudluğunun təməl prinsipləri baxımından inadkarlıq göstərməsə, prinsipial davranmasa, müstəqilliyini və suverenliyini itirəcək.

Peskov qeyd edib ki, Rusiya Qərblə qarşıdurmanın öhdəsindən gələ bilər, bunun üçün lazım olan hər şey var.

“Biz Qərbdə səsimizi eşitdirməyə çalışdıq, sərhədlərimizə yaxınlaşan raketlər və silahlardan razı olmadığımızı, NATO-nun genişlənməsini sevmədiyimizi söylədik. Biz buna görə bir təhlükə hiss edirik, bunu etməməyinizi xahiş edirik, sizi ümumi qitəmizdə yeni təhlükəsizlik prinsipləri, iqtisadiyyatda və ticarətdə ayrı-seçkiliyin olmaması üçün dünyada necə birlikdə yaşayacağımızı razılaşdırmağa dəvət edirik. Dünyada çox güclü rəqabət olduğu üçün bizi çox eşitmədilər”.

Peskov əlavə edib ki, bu gün Rusiyanı nə siyasi, nə iqtisadi, nə diplomatik, nə də informasiya sahəsində təcrid etmək mümkün deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.