Jivitski: “Rusiya Sumı istiqamətində Ukrayna ilə dövlət sərhədini yarmağa çalışır”

18-05-2022, 10:43           
Jivitski: “Rusiya Sumı istiqamətində Ukrayna ilə dövlət sərhədini yarmağa çalışır”
“Səhər saatlarından Rusiya ərazisindən Ukraynanın Sumı vilayətinin atəşə tutulması davam edir”.

Bu barədə Sumı vilayətinin hərbi administrasiyasının sədri Dmitri Jivitski “Telegram” kanalında məlumat verib.

O, bildirib ki, Şostkinski rayounun şimalında döyüş gedir və Seredino-Buda rayonunda dövlət sərhədini yarmaq cəhdi mövcuddur.

“Esman rayonunda beşə yaxın partlayış olub. Boyaro-Lejaçi istiqamətində 70-ə yaxın partlayış olub. Altı partlayış Sopiç qəsəbəsi ərazisində qeydə alınıb”, - deyə D.Jivitski bildirib.

Jivitskinin sözlərinə görə, Rusiya ordusunun atəşi nəticəsində sərhəddə yanğınlar başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru