Şimali Qafqaz respublikaları müstəqillik qazanacaqlar? PROQNOZ+İDDİA

18-05-2022, 11:27           
Şimali Qafqaz respublikaları müstəqillik qazanacaqlar? PROQNOZ+İDDİA
Quram Marxuliya: “Rusiya-Ukrayna müharibəsi Rusiyanın süqutunun başlanğıcıdır”

“Fransa və Rusiya Azərbaycanla Ermənistan arasında birdəfəlik sülhün bərqərar olmasında maraqlı deyillər”. Teref.az-ın yazdığına görə, SİA xəbər verir ki, bu fikirləri Rasim Babayevin YouTube kanalında yayımladığı “Sovremennıy razqovor” (Müasir söhbət) müəllif proqramında qonaq olan Qafqazın geotarixi və geosiyasəti beynəlxalq araşdırmalar mərkəzinin prezidenti, tarix elmləri doktoru Quram Marxuliya deyib.

Onun sözlərinə görə, nə Azərbaycan, nə də Türkiyə Ermənistanın düşmənləri deyil. Belə ki, Azərbaycan İrəvanı layihələrə cəlb etməyə hazırdır, ancaq bunun üçün sülh sazişini imzalamaq vacibdir. “Bu gün Ermənistan əhalisinin böyük hissəsi Nikol Paşinyanın siyasətindən razıdır, ona görə ki, qonşularla əbədi konfrontasiyada qalmaq mümkün deyil”.

Gürcü professorun sözlərinə görə, Gürcüstan vilayətlərinin müstəqilliklərini tanımaq Rusiya dövlətçiliyinin nüfuzuna zərər vurur. “Xarici siyasətinə və gələcəyinə zərər vurur. Bu, sabah-birigün bumeranq kimi Rusiyanın özünə qayıdacaq. Rusiya-Ukrayna müharibəsi Rusiyanın özünün süqutunun başlanğıcıdır”, deyə beynəlxalq araşdırmalar mərkəzinin prezidenti proqnoz verib.

Onun proqnozlarına görə, Şimali Qafqaz xalqları müstəqilliklərini elan edəcəklər. “Dağıstan, Çeçenistan, İnquşetiya, Kabardin-Balkar – bütün bu respublikalar müstəqil olacaqlar. Bu, sadəcə zaman məsələsidir”, deyə Quram Marxuliya bildirib və əlavə edib ki, hazırda geosiyasi situasiya elə formalaşıb ki, həmin proses sürətlənməyə başlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.