Azərbaycan sərhədlərinin yaxşı qorunması İranın işinə yaramır?
19-05-2022, 00:00

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib ki, səfir Litzenberqer Müdafiə Departamentinin Azərbaycanla təhlükəsizlik əməkdaşlığını müzakirə etmək üçün ABŞ-ın Avropa Komandanlığının Birgə İdarələrarası Mübarizə Mərkəzinin nümayəndə heyətini Bakıda qarşılayıb. Səfirliyin yayıdığı məlumatda o da bildirilib ki, ABŞ səfirliyi Xəzər dənizində dəniz təhlükəsizliyini gücləndirmək və sərhədlər boyunca narkotik alverçilərinə qarşı təbbirlər görmək məqsədilə Azərbaycanın tərəfdaşı olmaqdan qürur duyur.
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir. Politoloq daha sonra deyir:
ABŞ Azərbaycanın Gömrük və Sərhəd Xidmətiylə uzun illərdir əməkdaşlıq edir, dövlət strukturlarımızı müxtəlif avadanlıqlarla təhciz edir. Əsas məqsəd sərhəddə Azərbaycanın narkotik alverçilərinə qarşı mübarizəsini gücləndirməsidir. Azərbaycana qonşu olan ölkələrdən sərhədən narkotik yalnız bir ölkədən – İrandan keçir. Elə ABŞ heyətinin Baklya gəldiyi gün İranla sərhəddə yenə də narkotik alverçilərlə silahlı insident baş verib. Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
İran hər zaman üçüncü ölkələrin Xəzərdə fəallığının əleyhinə olub. Ancaq Amerika Azərbaycan sərhədinin daha yaxşı qorunması və narkotik alverçilərlə mübarizə məqsədilə Bakıya gərəkli avadanlıqlar verirsə, Tehran hansı məntiqlə bunun əleyhinə çıxa bilər?