Avropa İttifaqı hər iki tərəflə təmasdadır - Borrell

19-05-2022, 09:05           
Avropa İttifaqı hər iki tərəflə təmasdadır - Borrell
"Azərbaycan və Ermənistan arasında sülh sazişi əldə olunarsa, biz həqiqətən bunu çox yüksək qiymətləndirərdik".

"Unikal" xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.
O bildirib ki, tərəflərin bu sazişi xoş iradə və xoş niyyətlə əldə etməsi üçün Avropa İttifaqı hər iki tərəflə təmasdadır.

"Biz hələ bundan çox uzağıq. Amma bu baş verərsə, Avropa İttifaqı sazişin həyata keçirilməsinə dəstək olmaq üçün əlindən gələn köməyi göstərəcək", - Cozep Borrell vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru