“1in.am”: İrəvanın Lukaşenkonun açıqlamasına cavabı nəyi nəzərdə tutur?

19-05-2022, 17:36           
“1in.am”: İrəvanın Lukaşenkonun açıqlamasına cavabı nəyi nəzərdə tutur?
Ermənistan Baş naziri Nikol Paşinyan KTMT Assambleyasında çıxışında təşkilatı Ermənistan üçün təhlükəsizlik təhdidlərinə qarşı adekvat reaksiya vermədiyinə görə tənqid edib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, Paşinyan Moskvada KTMT-nin Yubiley Assambleyasında Ermənistanın KTMT-dən gözlədiyi cavabı almadığını bildirib.

“O bu barədə həm Ermənistan-Azərbaycan sərhədində baş verən məlum hadisələr, həm də Azərbaycana silah satışı kontekstində danışıb. Nikol Paşinyan, təbii ki, situasiyanı balanslaşdıran çıxışında Rusiyaya Qarabağda hərbi əməliyyatların dayandırılmasını asanlaşdırdığına görə təşəkkür edib. Daha geniş mənada, Ermənistan Baş nazirinin KTMT Assambleyasında xatırlatmaları və tənqidləri, məsələn, Rusiyanın attaşesinə çevrilmiş Lukaşenkonun çıxışında ifadə olunan daha böyük risk və ya çağırışla balanslaşdırmaq məqsədi daşımır. Xüsusən də Belarus prezidenti Lukaşenko çıxışında Qərbin təhlükəsindən danışıb və qeyd edib ki, KTMT-yə üzv dövlətlər bu məsələdə həmrəy olmalıdırlar, Qərbdən gələn təhlükə ilə mübarizə aparan təkcə Rusiya deyil. Ermənistan Baş nazirinin çıxışı bu kontekstədir ki, KTMT Azərbaycan-Türkiyə tandeminin fəaliyyətinə qarşı Ermənistanı praktiki olaraq necə tək qoyub? Eyni zamanda, Türkiyə NATO-nun üzvüdür, Lukaşenko həmin bu təşkilatdan gələn təhlükəyə qarşı durmaq barədə çıxış edib”, - deyə nəşr bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.