“Neçə ölkənin məhv olacağı bizi maraqlandırmır” – Rus deputat

19-05-2022, 17:59           
“Neçə ölkənin məhv olacağı bizi maraqlandırmır” – Rus deputat
“NATO ilə nüvə müharibəsi başlayacağı təqdirdə neçə ölkənin məhv olacağı Rusiyanı maraqlandırmır”.

Teref.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov İsveç və Finlandiyanın NATO-ya üzv olmasını şərh edərkən deyib.

“İsveçlilər və finlər sadə bir şeyi başa düşməlidirlər: NATO ilə müharibə aparsaq, onlarla da birbaşa qarşıdurmada olacağıq. NATO ilə müharibə pilotsuz təyyarələrlə yox, nüvə silahları ilə olacaq. Fərqi yoxdur, neçə ölkəni məhv etmək lazımdır - 28 və ya 32”, - rusiyalı siyasətçi bildirib.

Juravlyovun sözlərinə görə, İsveç və Finlandiya anlamalıdır ki, Rusiyada hər şey kifayət qədərdir.

“ABŞ-da əhalinin sayı 300 milyondur, nəzəri olaraq orada sağ qalanlar ola bilər. Amma 5 milyon və ya bir az çox olan finlərin heç bir şansı yoxdur”, - deputat qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru