Şröderin ardınca xarici vitse-prezidentlər “Rosneft”-i tərk etdi – “THE WALL STREET JOURNAL”

20-05-2022, 21:51           
Şröderin ardınca xarici vitse-prezidentlər “Rosneft”-i tərk etdi –
“Rosneft”-in birinci vitse-prezidentləri Didye Kasimiro və Zeljko Runje şirkətdən ayrılıblar.

Qafqaz.media xəbər verir ki, bu barədə “The Wall Street Journal” anonim mənbələrə istinadən məlumat yayıb.

Bundan əlavə, ticarət və logistika üzrə vitse-prezident Otabek Kərimov, neft və qaz xidmətləri üzrə vitse-prezident Erik Liron və pərakəndə əməliyyatlar üzrə rəhbər Avril Konroy neft şirkətini tərk ediblər.

“Rosneft”dən əvvəl ABŞ-ın neft nəhəngi “ExxonMobil”-də işləyən Runye dəniz layihələri üzrə vitse-prezident olub. “Rosneft”-in baş direktoru İqor Seçinin yaxın dostu olan Kasimiro neft emalı, neft-kimya, ticarət, logistika və maliyyə-iqtisadi bloka cavabdeh idi. Bundan əvvəl o, BP-də işləyib.

“The Wall Street Journal” yazır ki, Runye və Kazimiro İqor Seçinin baş müavinləri olublar.

“Rosneft”dən xarici vitse-prezidentlərin getməsindən xəbərsiz olduqlarını bildiriblər. Runye, Liron, Konroy və Kərimov WSJ-nin suallarına cavab verməyiblər. Kasimiro isə Oskar Uayldın "Oxu həbsxanası balladası"ndan fırtına zamanı yan-yana keçən, lakin bir-birinə məhəl qoymayan iki gəmi haqqında bənddən sitat gətirib.

Mayın 20-də o da məlum olub ki, “Rosneft”i Direktorlar Şurasının sədri, Almaniyanın keçmiş kansleri Gerhard Şröder tərk edib. O, “şirkətin direktorlar şurasında səlahiyyətlərinin uzadılmasının mümkünsüzlüyünü” bəyan edib. Eyni səbəbdən “Nord Stream AG” şirkətinin idarəedici direktoru Matias Warnig də direktorlar şurasını tərk edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.