“Rusiya ordusu Tallini ələ keçirə bilməyəcək” - Stoltenberq Estoniyanı “sakitləşdirib”

28-06-2022, 10:47           
“Rusiya ordusu Tallini ələ keçirə bilməyəcək” -
Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq əmin edib ki, Rusiya ordusu Tallini ələ keçirə bilməyəcək. O, vəd edib ki, Baltikyanı ölkələrin müdafiə qabiliyyətini artıracaqlar.

Bubarədə “FinancialTimes” xəbərverib.

“Biz heç vaxt operativ planların detallarını açıqlamırıq. Amma sizi əmin edə bilərəm ki, on illərlə Rusiya ilə sərhədləri mülafiə etmişik və təhdid fonunda iştirakımızı korrektə etmişik. Biz bunu əvvəllər etmişik və yenidən edəcəyik” – deyə, Stoltenberq bəyan edib.

Bundan başqa Stoltenberq göstərib ki, Estoniyanın Baş naziri Kai Kallasın Rusiya təhdidi barədəiki sözləri onun narahatlığını göstərir.

“Onlar onilliklər uzunu sovetlərin hakimiyyəti altında olublar. Faktiki olaraq, işğal edilmiş vəziyyətdə yaşayıblar. Mən bilirəm ki, Kallas NATO-nun daha çox iştirakını istəyir. Ona vəd edə bilərəmki, daha çox iştirak olacaq» - Baş katib qeyd edib.

Onun sözlərinə görə, NATO-nun başlıca məsuliyyəti Estoniyaya və ya digər müttəfiqlərə istənilən hücumun qarşısını almaqdan ibarətdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru