Bundan sonra özümü erməni HESAB ETMİRƏM" - Qambaryandan Xocalı AÇIQLAMASI

15-08-2022, 22:01           
Azərbaycan vətəndaşlığı almaq istəyən erməni Beynəlxalq Məhkəməyə şikayət edəcək.

TEREF KONKRET.az-a istinadla xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan Respublikasının vətəndaşlığına verilməsi xahişi ilə müraciət edən Ermənistan vətəndaşı Vaqe Qambaryan bundan sonra həmyerliləri tərəfindən ona edilən hədələrlə bağlı Beynəlxalq Məhkəməyə şikayət etmək niyyətindədir.

O, müvafiq videomüraciəti sosial şəbəkələrdə yerləşdirib.

Onun sözlərinə görə, ermənilər Xocalıda azərbaycanlıların, Abxaziyada gürcülərin soyqırımını törədiblər.

“Məni hədələyən ermənilərə müraciət edirəm – yalanla yaşamağa, hamını aldatmağa son verin! Osmanlı İmperiyasında ermənilərin “soyqırımı” deyə qışqıran millətin özü Xocalıda azərbaycanlıların soyqırımında günahkardır. Bu alçaqlıqdır! Mən satqın deyiləm, amma bundan sonra özümü erməni hesab etmirəm, Abxaziya Gürcüstandır, Qarabağ isə Azərbaycandır!”, – deyə Qambaryan bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Ermənistan vətəndaşı Vaqe Qambaryanın Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan Respublikasının vətəndaşlığına verilməsi xahişi ilə müraciəti yayılıb. Eyni zamanda o, Xankəndi şəhərində yaşamaq niyyətində olduğunu vurğulayıb.

“Mən Ermənistan vətəndaşıyam və bu vətəndaşlıqdan imtina etmək istəyirəm. Sizdən xahiş edirəm, mənə Azərbaycan vətəndaşlığı verəsiniz ki, mən Bakı şəhərinə səfər edim, qohumlarımı, əzizlərimi görə bilim. Gələcəkdə Xankəndi şəhərində yaşamaq istəyirəm. Mən Azərbaycan xalqını sevirəm, hörmət edirəm və qiymətləndirirəm”, – deyə o, videomüraciətində bildirib.



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.