Rusiya Zaporojye ilə bağlı BMT-nin iclasını çağırdı

23-08-2022, 00:14           
Rusiya Zaporojye ilə bağlı BMT-nin iclasını çağırdı
Rusiya Zaporojye atom elektrik stansiyasındakı (AES) vəziyyətlə əlaqədar avqustun 23-də BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi ilə bağlı sorğu göndərib.

Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

Onun sözlərinə görə, təşkilatın baş katibi Antonio Quterreşdən iclasda çıxış etməsi xahiş olunub.

“Biz BMT Təhlükəsizlik Şurasının gündəmdəki “beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər” bəndi üzrə təcili iclasının keçirilməsini xahiş etdik”, – deyə Polyanski "Telegram" kanalında yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru