İranın raketləri öz-özünə partladı – İsrail HHQ sistemini də sıradan çıxardı?

Bu gün, 16:02           
İranın raketləri öz-özünə partladı –
İranla İsrail arasında baş vermiş son münaqişə zamanı Tehranın raket arsenalına ağır zərbə dəyib.

TEREF xəbər verir ki, “Donya-ye Eqtesad” nəşrinin məlumatına görə, döyüş əməliyyatları zamanı İranın 120-dən 150-yə qədər mobil raket buraxılış qurğusu raketlərin işə salındığı anda partlayaraq sıradan çıxıb.

Mənbə iddia edir ki, hadisə sadə texniki nasazlıqla deyil, daha çox xarici müdaxilə – yəni kiberhücum nəticəsində baş verib. Eyni zamanda İranın hava hücumundan müdafiə sistemi də eyni anda haker hücumuna məruz qalıb.

Məlumatı İran müxalifətinə yaxınlığı ilə tanınan “Iran International” da yayıb. Nəşrin adını açıqlamadığı hərbi-siyasi ekspertə istinadən bildirilir ki, raketlərin partlaması və PVO sisteminin çökməsi İsrailin xüsusi əməliyyatı nəticəsində baş verib.

Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru