Fidan Suriyanı parçalamaq istəyən silahlı qruplaşmalara xəbərdarlıq etdi
Bu gün, 16:18
"Suriyadakı silahlı qruplaşmalar parçalanma və sabitliyi pozmaq yolu tutarsa, Ankara bunu öz milli təhlükəsizliyinə birbaşa təhdid hesab edəcək və buna uyğun cavab verəcək".
"Anadolu" agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada salvadorlu həmkarı Aleksandra Hill ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ankara qeyd edilən qüvvələrin Suriyanın parçalanmasına yol verməyəcəyi təqdirdə, dialoqa getməyə və onların tələblərini dinləməyə hazırdır.
"Heç bir qrup parçalanmaya töhfə verməməlidir. Hər şey müzakirə oluna bilər və bu müzakirələr bütün qruplar və elementlərlə aparıla bilər. Amma siz bu çərçivəni pozsanız və zorakılıq yolu ilə parçalanma və sabitliyin pozulmasına keçsəniz, biz bunu milli təhlükəsizliyimizə birbaşa təhdid kimi qəbul edəcəyik və müdaxilə edəcəyik" , - deyə Fidan vurğulayıb.