Ankaranın QAPISI DÖYÜLDÜ - Türk mühəndislik möcüzəsi Avropaya yollanır

Bu gün, 16:25           
Ankaranın QAPISI DÖYÜLDÜ - Türk mühəndislik möcüzəsi Avropaya yollanır
Rumınya Qara dənizdə hazırlanmaqda olan strateji qaz layihəsini qorumaq məqsədilə Türkiyənin qapısını döyməyi planlaşdırır.

"Bu barədə yerli "HotNews" məlumat yayıb.

Rumıniyanın almaq istədiyi "Hisar" sinifli dəniz patrul gəmisi "TCG Akhisarın" 260 milyon dollara başa gəldiyi təxmin edilir.

Hesabatda vurğulanıb ki, “Mavi Vətən” layihəsinin əsas komponenti olan gəmi ölkəni Avropa İttifaqının (Aİ) ən böyük qaz istehsalçısı etmək potensialına malik olan layihəni qoruyacaq.

Həmçinin, gəminin tam əməliyyat qabiliyyətinə çatması üçün əlavə olaraq 42 milyon avroya (49 milyon dollar) ehtiyac olacağı bildirilib.(publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru