"General Motors"un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb
Dünən, 17:34
ABŞ-nin "General Motors" avtomobil konserni 2025-ci ilin ikinci rübündə dünyada 1 milyon 539 min avtomobil satıb, ümumi gəliri isə 47.1 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% azdır.
Bu barədə məlumat şirkətin rüblük hesabatında yer alıb.
Şirkətin ikinci rübdə xalis mənfəəti 34% azalaraq 1.9 milyard dollara düşüb. Konsern ikinci rübdə ABŞ Prezidenti Donald Trampın idxal rüsumlarını artırmaq qərarından təsirlənib.
Belə ki, yeni rüsumlar mənfəəti 1.1 milyard dollar azaldıb. Rüblük hesabatın dərcindən sonra şirkətin səhmləri 3.3% ucuzlaşıb.