Turistlər İslandiyada aktivləşən vulkanı yaxın məsafədən müşahidə ediblər 23-07-2025, 17:14 İslandiyada turistlər vulkan püskürməsini müşahidə etmək üçün Reykyanes yarımadasına axışıblar.Bu barədə "Euronews" məlumat verib.Hökumət qurumları vulkanın hazırkı fəaliyyətinin yerli sakinlər və infrastruktur üçün təhlükə yaratmadığını bildiriblər.Vulkanın artıq bir həftəyə yaxındır ki, tədricən aktivləşdiyi qeyd olunur.Kadrlarda turistlərin vulkanın bir neçə metrliyində dayanıb təbiət hadisəsini müşahidə etdikləri görünür. Facebook-da paylaş