“Gənclik Mall”da “Defacto” mağazası müştəriləri belə aldadır

Dünən, 17:48           
“Gənclik Mall”da “Defacto” mağazası müştəriləri belə aldadır
Bakıda “Defacto” mağazalar şəbəkəsi külli miqdarda cərimələnib.
TEREF-in məlumatına görə, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Gənclik Mall”da fəaliyyət göstərən “Defacto” mağazası barəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən cərimə protokolu tərtib edib.
“Defacto” mağazası barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması) maddəsi ilə inzibati protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, “Defacto” mağazasında üzərində qiyməti 39.99 manat göstərilmiş paltarın kassada 44.99 manatdan satılması faktı müəyyən olunub.
Mağaza rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 4.000 manat cərimə olunub.Qaynarinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru