Britaniya Qod Nisanova sanksiya TƏTBİQ ETDİ

27-09-2022, 00:05           
Britaniya Qod Nisanova sanksiya TƏTBİQ ETDİ
Britaniya hökuməti Ukraynanın işğal olunmuş ərazilərində keçirilən qondarma “referendumlar”da iştirak edən şəxslərə qarşı sanksiya tətbiq edib.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sanksiyalar ümumilikdə 92 nəfərə şamil edilib. Siyahıda hərbçilər, Rusiyanın işğal olunmuş Ukrayna ərazilərinə təyin etdiyi nümayəndələr və oliqarxlar var.

Rusiyada yaşayan həmyerlimiz, milliyətcə yəhudi olan, Quba rayonunun məşhur Qırmızı qəsəbəsində dünyaya gəlmiş iş adamı, adı “Forbes”in milyaderlər siyahısında yer alan Qod Nisanova sanksiyalar tətbiq edilib. Bundan əvvəl həmyerlimiz ABŞ-ın “qara siyahı”sına düşüb.

Yəhudi əsilli Zarah İliyev də sanksiya tətbiq olunub. O, 1966-cı il sentyabrın 8-də Quba rayonundakı Qırmızı qəsəbədə anadan olub.

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli saxta “referendum”un beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsini açıq şəkildə pozduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru