"özümüz ağlımıza gətirməklə, başımıza gətiririk..." - POLİTOLOQ

21-11-2022, 08:43           
"özümüz ağlımıza gətirməklə, başımıza gətiririk..." - POLİTOLOQ
Demək , bu il fizika üzrə Nobel mükafatı qaliblərinin ikisi kvant mexanikası üzrə ixtisaslaşmış alimlər olub.
Amerikalı fizik John F. Clauser və kvant informasiyası sahəsində çalışan avstriyalı alim Anton Zeilinger qalib olublar.
Onlar bu mükafata “Bell bərabərsizliklərinin pozulmasını təyin edən və Kvant məlumat elmi olan dolaşıq fotonlara dair təcrübələri” kəşfinə görə layiq görülüb.
Teref.az yazır ki, bu fikirləri politoloq Yeganə Hacıyeva deyir. Daha sonra politoloq deyir ki. kəşfin mahiyəti budur ki, təcrübə üçün seçilən hissəciklər özlərini vahid bir bütöv kimi aparır , təcrübə zamanı bir hissəciyin vəziyyəti ölçülən zaman onunla əlaqəli digərinin vəziyyəti də dəyişdiyi sübut olunub.
Bu fenomen elmə əvvəllər də məlum idi, kriptoqrafiya, kompyüter texnologiyası və kvant teleportasiyasında istifadə olunurdu.
İndi isə kvant səviyyəsində də sübut edilib.
Sadə cümlədə bunun izahı belədir ki, fikirin gücü ilə fikirləşdiklərimizi , diğərlərini cəlb edə , hiss etiklərimizi diğərlərinə ötürə bilirik.
Odur ki, dədədən babadan eşitdiyimiz “ağlıma gələn, başıma gəlir” fikiri kvant səviyyəsində təsdiqini tapır.
Amma burda sübut olunan odur ki, özümüz ağlımıza gətirməklə, başımıza gətiririk.
Yaşadıqlarımızı , öz reallığımızı özümüz formalaşdırırıq.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.