“Səfirlik açmaq qərarını Azərbaycan yeməyi ilə qeyd edirik” – İsrail səfiri

21-11-2022, 11:04           
“Səfirlik açmaq qərarını Azərbaycan yeməyi ilə qeyd edirik” – İsrail səfiri
İsrailin Azərbaycandakı səfiri Corc Dik rəsmi Bakının Təl-Əvivdə səfirlik açmaq qərarı ilə bağlı paylaşım edib.

Modern.az-ın xəbərinə görə, diplomat bu barədə tvitter hesabında yazıb.

“Azərbaycanın İsraildə səfirlik açmaq qərarını ənənəvi Azərbaycan yeməyi ilə qeyd etmək qərarına gəldik. Amma hansı yeməklə qeyd edəcəyimzi razılaşdıra bilmirik”, - səfir bildirib.

C.Dik Azərbaycanın bir neçə milli yeməyinin adını çəkib və onlar arasından hansını seçməklə bağlı məsləhət istəyib.

“Düşbərə və dolma, şah plov və balıq ləvəngisi, piti və yarpaq xəngəli, kabab”, - diplomat bildirib.

Qeyd edək ki, Milli Məclis noyabrın 18-də Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq verib. Azərbaycanın İsraildəki səfirliyi paytaxt Təl-Əvivdə, Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirlik isə Nayrobi şəhərində yerləşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru