İsraildən Rusiyaya XƏBƏRDARLIQ: "İrandan raket alsanız, Ukraynaya yüksək texnologiyalı raketlər verəcəyik"

21-11-2022, 19:29           
İsraildən Rusiyaya XƏBƏRDARLIQ:
İsrail Rusiyaya xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət media korporasiyası məlumat yayıb.

Bəhreyndə keçirilən forumda İsrail Milli Təhlükəsizlik Şurasının sədri Eyal Hulata deyib:

“Əgər İran Rusiyaya ballistik raketlərin tədarükünə başlasa, o zaman Ukrayna ordusu yüksək dəqiqlikli ballistik raketlər ala bilər”.

“Kan”ın hesabatında söhbət İsrail istehsalı olan raketlərdən getdiyinə dair heç bir işarə yoxdur. Lakin əksər analitiklər və ekspertlər xəbərdarlığın məhz bu silah növünə aid olduğunu irəli sürüblər.

“Kan”ın və XİN-dəki məlumatlı mənbənin məlumatına istinad edən İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla söhbətində Ukraynada Rusiya hərbçilərinin İran pilotsuz təyyarələrindən istifadə etməsinə etiraz edib.

Xatırladaq ki, İsrail Ukraynaya silah vermirdi, çünki silahların Rusiya və İranın əlinə kecə biləcəyindən ehtiyat edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru