Bizi münaqişəyə çəkirlər - Karasin

22-11-2022, 09:25           
Bizi münaqişəyə çəkirlər - Karasin
NATO Baş katibi Yens Stoltenberqin son bəyanatları onun Rusiyanı mümkün qədər münaqişəyə cəlb etmək üçün paranoyik istəyini təsdiqləyir. O, bunu Kiyevə hərbi texnika və silahların tədarükünün genişləndirilməsinin səbəbi kimi şərh edir.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Qriqori Karasin bildirib.

Karasinin sözlərinə görə, bu halda kimin “müharibə tərəfi” adlandırılmalı olduğu sualının cavabı göz qabağındadır.

Qeyd edək ki, Madriddə NATO Parlament Assambleyasının iclasında çıxış edən Stoltenberq təşkilatın Ukrayna üçün məqbul olan sülh istədiyini, ona görə də Kiyevə hərbi yardımın davam edəcəyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.