Rusiyadan açıqlama: Türkiyə bizi xəbərdar etməyib…

22-11-2022, 11:58           
Rusiyadan açıqlama:
Moskva Ankaranı Suriya ərazisinə endirilən zərbələr fonunda təmkinli olmağa çağırıb.
Bunu Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.

“Regionda gərginliyin artmasına yol verilməməlidir. Türkiyə İraq və Suriyada hava əməliyyatının başlaması ilə bağlı Rusiya tərəfini xəbərdar etməyib. Bu mövzu Astanada keçiriləcək danışıqlarda müzakirə olunacaq. Ümid edirik ki, türk tərəfdaşlarımızı Suriya ərazisində həddindən artıq güc tətbiq etməkdən çəkindirməyi bacaracağıq”, - Lavrentyev bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru