İranın budəfəki hədəfi Azərbaycan mediası oldu - BİZƏ AĞIL ÖYRƏDİRLƏR...
22-11-2022, 10:49
“Azərbaycan rəsmilərinə tövsiyəmiz odur ki, diqqəti müştərək məsələlərə yönəltsinlər, mübahisəli məsələlər və anlaşılmazlıqlar barədə tribuna arxasından danışmasınlar, mediadan dostluq və qardaşlığın möhkəmlənməsi üçün fürsət kimi istifadə etsinlər”.
TEREF.AZ-ın məlumatına görə, Bizim.Media İranın “Mosalas Online” saytına istinadən xəbər verir ki, bu fikirləri dünən İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani səsləndirib.
“Bu yaxınlarda biz Azərbaycan rəsmiləri ilə ikitərəfli danışıqlar formatında müsbət mesajlar aldıq və ümid edirik ki, anlaşılmazlıqların aradan qaldırılması və ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün növbəti addımlar atılacaq”,- deyə o, əlavə edib.