Rusiya Polşanı ATƏT-i məhv etməkdə ittiham edib

22-11-2022, 14:36           
Rusiya Polşanı ATƏT-i məhv etməkdə ittiham edib
Polşa Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi Rusiya nümayəndə heyətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasında iştirakından imtina etməklə, bu təşkilatın özünü məhv edir.

Cumhuriyyet.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Söhbət təkcə bir dövlət kimi Polşadan deyil, ATƏT-ə sədrlik edən və bütün üzv ölkələr üçün bərabər iş şəraiti təmin etməli olan ölkədən gedir. Polşa Avropada təşkilatın öz sisteminə, təhlükəsizlik və əməkdaşlığına zərbə vurur”, – deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova, ATƏT-in müxtəlif ölkələr və müxtəlif baxışlı siyasətçilər üçün müzakirə platforması kimi yaradıldığını xatırladıb: “Bu gün Polşa sədrliyi faktiki olaraq bu danışıqlar platformasını məhv edir”.

Qeyd edək ki, ATƏT-in hazırkı sədri olan Polşa Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun ATƏT Xarici İşlər Nazirləri Şurasının 1-2 dekabr tarixlərində Lodz şəhərində keçiriləcək iclasında iştirakına icazə verməyib. İclasda Rusiya nümayəndə heyətinə ATƏT-dəki daimi nümayəndə Aleksandr Lukaşeviç rəhbərlik edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru