Burdan Azərbaycana reveranslar edib, o tərəfdən ermənilərlə görüşürlər...
22-11-2022, 18:30
İranın "mehrnews" saytı (agentlik) xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Tehranda iranlı həmkarı Ali Bagheri Kani ilə görüşüb. Erməni diplomat Ermənistanı müdafiə etdiyinə görə İrana təşəkkür edib... Azərbaycan diplomatları isə Azərbaycanın maraqlarına qarşı çıxdığına görə İranı haqlı olaraq ittiham edirlər. Elə "mehrnews"un yaydığı bu məlumat da İranın Azərbaycana xəyanətindən xəbər verir... İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti isə and-aman edir ki, “hər bir iranlı azərbaycanlıdır.” Hər bir iranlı azərbaycanlıdırsa, onda ermənilər Tehranda nə qələt edir? Və ən önəmlisi-niyə erməni Azərbaycanla münaqişədə olan Ermənistanı müdafiə etdiyinə görə İrana təşəkkür edir?.. Allah Şah İsmayıla rəhmət eləsin. Sağ olsaydı ermənilərə qucaq açan və onun xalqı ilə düşmənçilik edən ayətullahlar qarışıq bütün İran molla-fars şovinist rejiminin üzünə tüpürərdi... Elbəyi Həsənli Teref.az