Conson Paris və Berlinin səhvini İFŞA ETDİ: "Mən bunu dəstəkləyə bilməzdim..."

23-11-2022, 09:18           
Conson Paris və Berlinin səhvini İFŞA ETDİ:
"Moskvanın Ukrayna ərazisində hərbi əməliyyatlara başlamaq qərarı bütün Qərb siyasətçiləri üçün əsl şok olub. Avropada onlar belə genişmiqyaslı təhlükəsizlik çağırışlarına hazır deyildilər və Aİ ölkələri buna müxtəlif cür reaksiya verdilər".

Publika.az xəbər verir ki, bunu Britaniya hökumətinin keçmiş rəhbəri Boris Conson "CNN Portuqaliya" telekanalına müsahibəsində deyib.

Parisdə son vaxtlara qədər rus qoşunlarının Ukrayna sərhədini keçəcəyinə inanmırdılar, deyə Conson prezident Emmanuel Makronun hərbi əməliyyatlardan bir neçə həftə əvvəl Moskvaya səfər etdiyini və burada Rusiya lideri Vladimir Putini xüsusi əməliyyata başlamaqıa bağlı planlarından çəkindirməyə çalışdığını xatırladaraq bildirib:

"Artıq mart ayında Fransa kəşfiyyatının rəhbəri Erik Vido istefa verdi, çünki məxfi xidmət Moskvanın hərəkətlərini təxmin edə və bu barədə respublika rəhbərliyinə məlumat verə bilmədi".

Conson deyib ki, Almaniyada Ukraynanın sürətli məğlubiyyətini və dövlətin hissələrə parçalanacağını proqnozlaşdırırdılar:

"Berlində belə hesab olunurdu ki, bu baş verərsə, fəlakət olacaq. Ona görə də bunun tez bir zamanda bitməsi, Ukraynanın parçalanması daha yaxşı olardı. Özlərinə haqq qazandıraraq, hər cür ciddi iqtisadi səbəblərə istinad etdilər. Mən bunu dəstəkləyə bilməzdim, düşündüm ki, bu yanlış fikirdir. Amma mən başa düşə bilirəm ki, onlar niyə belə düşünüb və hiss ediblər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru