ABŞ və İsrail birgə təlimlər keçirəcək

23-11-2022, 08:44           
ABŞ və İsrail birgə təlimlər keçirəcək
ABŞ və İsrail İran və onun bölgədəki qüvvələrinin hücumunu imitasiya edən birgə hərbi təlimlər keçirməyə hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Hazırda tərəflər önümüzdəki həftələrdə manevrlər təşkil etməyi düşünür. Qarşıdan gələn təlimlərin koordinasiyasına İsrail Müdafiə Ordusu Baş Qərargah (TSAXAL) rəisi general-leytenet Aviv Koxavi və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli rəhbərlik edir.

Kohavi bildirib ki, regionda İrana və onun terrorçu marionetlərinə qarşı əməliyyat planlarının həyata keçirilməsi əməkdaşlığın sürətləndirilməsini tələb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru