Orbandan qalmaqallı şərfilə bağlı açıqlama: “Futbol siyasətdən kənardır” - FOTO

23-11-2022, 09:34           
Orbandan qalmaqallı şərfilə bağlı açıqlama:
Macarıstanın baş naziri Viktor Orban futbol matçına üzərində “Böyük Macarıstan”ın xəritəsi olan şərflə gəldikdən sonra yaranan diplomatik qalmaqalı şərh edib.

“Futbol siyasət deyil. Gəlin olmayan bir şeyi görməyək. Macarıstan millisi harada yaşayırlarsa yaşasınlar, bütün macarların komandasıdır!”, - deyə baş nazir yazıb.

Xəbər verdiyimiz kimi, Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Macarıstan və Yunanıstan milli komandaları arasında keçirilən yoldaşlıq futbol oyununa şərflə gəlib. Şərfin üzərində tərkibində qonşu dövlətlərin - müasir Slovakiya, Avstriya, Rumıniya, Xorvatiya, Serbiya və Ukraynanın müəyyən hissələrinin yer aldığı “Böyük Macarıstan” xəritəsi əks olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru