Dağıstandakı tarixi parkda Azərbaycan dilində ekskursiyalar təşkil olunub

1-12-2022, 12:05           
Dağıstandakı tarixi parkda Azərbaycan dilində ekskursiyalar təşkil olunub
Mahaçqaladakı “Rusiya mənim tariximdir” parkı Azərbaycan və tacik dillərində ekskursiyaya başlayıb.

Bu barədə multimedia kompleksinin rəhbəri Timur Vəlixanov bildirib.

“Biz bilirik ki, bu dövlətlərin çoxlu vətəndaşları bizim regionda işləyirlər, lakin onlar Dağıstanın mədəniyyəti və tarixi ilə az tanışdırlar. Məhz bu səbəbdən biz “Mənim Dağıstanım” zalında Azərbaycan və tacik dillərində audiobələdçi işə saldıq”, - deyə Vəlixanov vurğulayıb.

Onun sözlərinə görə, parkda ilk tur Azərbaycandan olan 50 nəfər üçün keçirilib. Ümumilikdə layihə çərçivəsində 300-dən çox əcnəbi üçün ekskursiyaların təşkili nəzərdə tutulub.

Ekskursiyaların başlanmasının rayonun Milli Siyasət və Dini İşlər Nazirliyinin qrant müsabiqəsində qazandığı qələbə sayəsində mümkün olduğu qeyd edilib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru