Soros seçkiqabağı təbliğat üçün 18 radiostansiyanı alır

1-12-2022, 12:58           
Soros seçkiqabağı təbliğat üçün 18 radiostansiyanı alır
ABŞ-ın Federal Rabitə Komissiyası Corc Soros Media Qrupunun 18 ispandilli radio stansiyasını almasına icazə verib.

Baxmayaraq ki, media qrupuna qarşı inhisarçılıqla bağlı iddihamlar səsləndirilib.

Sağçı, anti-kommunist proqramları ilə seçilən bu 18 stansiyanın dinləyiciləri ABŞ-a mühacirət etmiş cənubi amerikalılardır.

2016-cı ildəki prezident kampaniyası zamanı qələbə qazanmış Donald Tramp məhz ispandilli seçicilərin sayəsində bəzi ştatlarda üstünlüyü təmin edə bilmişdi.

Ekspertlərin fikrincə, Sorosun niyyəti məhz yeni əldə edəcəyi bu tezliklər sayəsində respublikaçıların təbliğatının qarşısını almaq və seçicilərin rəğbətini demokratlara yönəltmək məqsədi daşıyır.

Mənbə: rossaprimavera.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.