Siyasi fahişələrin biri gedən kimi o biri peyda olur - VİDEO

19-12-2022, 17:15           
Siyasi fahişələrin biri gedən kimi o biri peyda olur - VİDEO
Moskva Beynəlxalq Münasibətlər İnstitutunun hərbi-siyasi tədqiqatlar Mərkəzinin aparıcı eksperti, siyasi elmlər doktoru Mixail Aleksandrovun ardınca Rusiyanın daha bir nümayəndəsi Azərbaycanın ünvanına açıq təhdid yağdırıb.

"Rusiya Ukrayna ilə məsələni həll edəndən sonra, - bu isə yayadək həll ediləcək, - Rusiya Silahlı Qüvvələrinin əl-qolu açılacaq və bundan sonra Azərbaycanla məşğul olacaq".

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası raket və artilleriya elmləri Akademiyası prezidentinin müavini Konstantin Sivkov bəyan edib.

"Biz 1000 km-lik cəbhə ilə məsələni həll etdikdən sonra Azərbaycanla da məsələni həll edəcəyik.

Hələlik, Rusiya Azərbaycanla diplomatik kanallarla işləyir.

Azərbaycan Türkiyə və ABŞ-ın təhriki ilə Rusiya üçün ciddi problemlər yaradır, Rusiya rəhbərliyi və Rusiya bunu unutmayacaq", - Sivkov təhdid edib.

Rusiyalı üzdəniraq ekspertlərin ölkəmizə qarşı təhdidləri barədə tapşırıq Rusiyanın hakim dairələrinin sifarişi olduğu şübhə doğurmur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru