Siyasi həbslərlə problemləri həll etmək mümkün olsaydı o boyda SSRİ dağılmazdı...

20-12-2022, 08:48           
Siyasi həbslərlə problemləri həll etmək mümkün olsaydı o boyda SSRİ dağılmazdı...
Bəxtiyar Hacıyevlə bir neçə dəfə beynəlxalq tərbirlərdə iştirak etmişik, ölkə ilə bağlı problemlərdən danışanda belə həmişə obyektiv olmağa çalışırdı. Onun həbsi də, həbsdə saxlanması da çox mənasız qərardır, çünki heç bir dividend gətirmir.
Teref.az yazır ki, bunu politoloq Natiq Cəfərli fikirlərini bölüşərkən deyib. daha sonra fikirlərini şərh edən politoloq dediklərinə aydınlıq gətirərək davam edib:
Ümumiyyətlə, siyasi həbslərlə problemləri həll etmək mümkün olsaydı o boyda SSRİ dağılmazdı, bu praktikadan əl çəkmək lazımdır, işə yaramır, əksinə, elə sistemin özü üçün problemlər yaradır. Ümid edirəm ki, Bəxtiyar tezliklə azadlıqda olacaq.
P.S. Foto Varşavada, birlikdə iştirak etdiyimiz tədbirdə çəkilib.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru