Moskvanın Laçın yolunda yeni taktikası? - Sülhməramlılar niyə geri çəkilib?

20-12-2022, 08:54           
Moskvanın Laçın yolunda yeni taktikası? -
Xankəndi yolunda keçirilən aksiyada sülhməramlıların mövqeyində dəyişikliklər müşahidə edilir: ilk gündən etirazçılarla üzbəüz dayanan sülhməramlılar indi aksiyanın keçirildiyi ərazidən təxminən 30 metrə qədər uzaqlaşıb;
Belə bir addımı niyə atdıqları anlaşılmır. Və burada aksiyanın qarşısını ala bilməyən Rusiyanın mümkün təxribatına hesablandığı versiyası ön plana çıxır.
Bundan öncə də qeyd etmişdik: sülhməramlılar aksiyaya birbaşa müdaxilə edə bilməzlər, lakin Qarabağda xüsusi hazırlanmış “mülkü erməni” qruplarının əraziyə gəlməsi və mümkün qarşıdurmanın yaranması halında “etnik toqquşma” bəhanəsi ilə hərəkətə keçəcəklər;
Mümkündür ki, aksiya ərazisi ilə öz mövqeləri arasında yaratdıqları “neytral zona”ya təxribatçı erməni qruplarının girişinə şərait yarada, azərbaycanlı-erməni toqquşmasını hazırlaya və müdaxilə üçün əsas əldə edə bilərlər.
Sülhməramlıların “geri çəkilməsi”nin səbəblərindən biri də “yolu azərbaycanlılar bağlayıb” görüntüsünün yaradılmasına hesablana bilər.
Asif Nədimanlı
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru