"Aİ Ukraynadakı cinayətlərini gizlətməyə çalışır"

20-12-2022, 11:59           
"Aİ Ukraynadakı cinayətlərini gizlətməyə çalışır"
"Avropa İttifaqı xüsusi tribunal yaradılması təşəbbüsü ilə Ukraynada hərbi cinayətlərdə iştirakını ört-basdır etməyə çalışır",

"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşin "RİA Novosti"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Moskva BMT-dəki anti-Rusiya nümayəndə heyətlərinin Rusiya üzərində “beynəlxalq tribunal” yaradılması haqqında danışmasına təəccüblənmir.

"Bu ölkələr rusofob şövqlə bu dünya təşkilatının əsas orqanlarının səlahiyyətlərini təsbit edən BMT Nizamnaməsini açıq şəkildə pozmağa, suveren dövlətlərin daxili işlərinə qarışmağa hazırdırlar", - Xarici İşlər Nazirinin müavini deyib.

Diplomat bildirir ki, Ukraynanın maliyyələşdirilməsində və silah təchizatında iştirak edən Avropa İttifaqı bu yolla “Ukrayna Silahlı Qüvvələri tərəfindən törədilən kütləvi hərbi cinayətlərdə” iştirakını ört-basdır etməyə çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru