Lukaşenko vaxtı uzatmağa çalışacaq, Putin isə ondan əl çəkən deyil.

20-12-2022, 12:40           
Lukaşenko vaxtı uzatmağa çalışacaq, Putin isə ondan əl çəkən deyil.
Rusiya prezidenti Vladimir Putinin 3 illik fasilədən sonra Belarusa səfəri Ukraynada apardığı işğalçı müharibə ilə əlaqəlidir.
Kreml sahibi Belarusu da Ukraynaya qarşı işğalçı müharibəyə sürükləmək istəyir. Rusiya onsuz da Belarus ərazisindən zaman-zaman Ukraynaya qarşı istifadə edir.
Ancaq Putin bu dəfə Belarusdan artığını istəyir. Belarus prezidenti Aleksandr Lukaşenko nə qədər müharibədən məsafə saxlamağa çalışsa da, getdikcə Putinin istəyini qulaqardına vurmaqda çətinlik çəkir, Kreml Minskdən Rusiyadan aldığı ucuz enerji və kreditlərin qarşılığını istəyir. Lukaşenkodan başqa sadə belaruslar və belaruslu generallar da savaşa qatılmaq, Putinin şəxsi müharibəsində iştirak etmək, itki vermək istəmirlər.
Lukaşenko qərarla bağlı vaxtı uzatmağa çalışacaq, ancaq müharibədə yerində sayan Putin ondan əl çəkən deyil.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru