Amerikalı konqresmen: “NATO üç günə Rusiyaya qalib gələ bilər” - FOTO

21-12-2022, 12:14           
Amerikalı konqresmen:
“NATO ilə Rusiya arasında birbaşa toqquşma olarsa, Alyansın qüvvələri tez müddətdə - üç gün ərzində qalib gələ bilər”.

Bunu ABŞ-ın Respublikaçılar Partiyasından konqresmen Adam Kinzinqer deyib.

O bu qənaəti barədə “Twitter” mikrobloqunda yazıb.

Konqresmen bu bəyanatı istifadəçilərdən birinin sualına cavab olaraq verib. İstifadəçi sual verib ki, “əgər onlar bu qədər gücsüzdürlərsə, niyə hərbi-siyasi alyans indiyə qədər Rusiya hərbçilərini məğlub etməyib”.

“Ümid edirəm ki, bu zarafatdır. Çünki (müxalifət - red.) NATO-nun Rusiyaya qarşı durması əsl üç günlük əməliyyata bənzəyər”, - deyə konqresmen cavablayıb.

Mənbə: Zn.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru