Kremlin "ruporları" Qazaxıstan variantından Azərbaycanda istifadə edirlər...

21-12-2022, 10:18           
Kremlin "ruporları" Qazaxıstan variantından Azərbaycanda istifadə edirlər...
Kremlə yaxın rusiyalı ekspertlər adətən Qazaxıstanı bu cümlə ilə hədələyirlər:
“Ukrayna ilə məsələni bitirək Qazaxıstana keçəcəyik”.
Teref.az yazır ki, politoloq Elxan Şahioğlu bu fikirləri qələmə alıb.Daha sonra fikrini şərh edən politoloq yazır:
İndi cümlədə Qazaxıstanı Azərbaycanla əvəz etməyə başlayıblar. Azərbaycanı hədələyən Mixail Aleksandrov haqqında cinayət işi açdıq, beynəlxalq axtarışa verdik, ancaq o tək deyil, hər gün yeni “ardıcılları” peyda olur.
Kremlin ruporlarından biri Satanovskinin internetdə Azərbaycana qarşı aşağılayıcı çıxışını izlədim. Ölkəmizə qarşı növbəti dəfə sistemli psixoloji savaşa başlayıblar.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru