Bayden: Vaşinqton və Kiyev Ukraynadakı vəziyyətə eyni prizmadan baxır

22-12-2022, 10:18           
Bayden: Vaşinqton və Kiyev Ukraynadakı vəziyyətə eyni prizmadan baxır
“Vaşinqton və Kiyev Ukraynadakı vəziyyət, həmçinin onun nizamlanması perspektivləri ilə bağlı məsələlərə eyni prizmadan baxır”.
Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ prezidenti Co Bayden Ağ Evdə Ukrayna lideri Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

"Düşünürəm ki, biz eyni görüntünü paylaşırıq. İkimiz də bu müharibənin bitməsini istəyirik", - deyib Amerika lideri.

Onun sözlərinə görə, Rusiya Federasiyası öz qoşunlarını Ukrayna ərazilərindən çıxarsa, münaqişə həll oluna bilər. Bayden bildirib ki, amma indi bu baş vermir.

"Bundan sonra nə olacaq? Biz bu gün Ukraynanın döyüş meydanında uğur qazanmasına necə kömək edəcəyimizi danışdıq ki, prezident Zelenski Rusiya tərəfi ilə danışmağa hazır olanda uğur qazana bilsin, çünki o, uğur döyüş meydanında olacaq. Ukrayna bizim köməyimizlə, Avropalı müttəfiqlərimizin və başqalarının köməyi ilə döyüş meydanında uğur qazana biləcək”, - Bayden deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın sonunda bildirib ki, Kiyev siyasi iradə nümayiş etdirsə və Moskvanın məlum tələblərini müzakirə etməyə hazır olsa, Rusiya ilə Ukrayna arasında danışıqlar başlaya bilər. Eyni zamanda o vurğulayıb ki, indi heç bir danışıqlar mümkün deyil, çünki onlar Ukrayna rəhbərliyi tərəfindən qətiyyətlə inkar edilir.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada "xüsusi hərbi əməliyyat" adı ilə müharibə elan edib. Bundan sonra Qərb Moskvaya qarşı irimiqyaslı sanksiyalar tətbiq edir, Kiyevə isə silah və hərbi texnika tədarükünü milyardlarla dollar artırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.