Putin: "Kiyevin ehtiyatları tezliklə tükənəcək"

23-12-2022, 08:58           
Putin: "Kiyevin ehtiyatları tezliklə tükənəcək"
Rusiya Prezidenti silah istehsalını artırmaq niyyətində olduqlarını deyib

“Ukraynaya əsasən sovet mənşəli silahlar gedir və həmin silahlar isə bitmək üzrədir”.

Teref.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Bizə qarşı çıxanlar bunun guya müdafiə silah olduğunu deyir. Yaxşı. Bunu nəzərə alacağıq. Deməli, bunu edənlər boş yerə etmirər. Bu, sadəcə münaqişənin uzadılması deməkdir. Bu qədər”, - deyə Rusiya Prezidenti ABŞ-ın “Patriot” sistemlərinin Ukraynaya verməsi ilə bağlı suala cavabında deyib.

Putin Rusiyanın Ukraynada anbarlarda nə qədər silah qaldığını nəzərə aldığını və hesabladığını da söyləyib:

“Rusiya hərbi ehtiyyatlarını xərcləyir, bu böyük rəqəmlərdir, lakin Ukrayna hərbi sənaye kompleksi ilə fərq böyükdür. Kiyevin ehtiyatları tezliklə tükənəcək. Biz silah istehsalını artırmaq niyyətindəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru