Novak: “Rusiya təbii qazın qiymət həddi tətbiqinə neft tədarükünə qadağa ilə cavab verəcək”

23-12-2022, 10:43           
Novak: “Rusiya təbii qazın qiymət həddi tətbiqinə neft tədarükünə qadağa ilə cavab verəcək”
"Rusiya Avropa İttifaqının (Aİ) təbiq etdiyi maksimum qiymət həddinə əməl olunmasını tələb edəcək ölkələrə neft və neft məhsulların tədarükünə qadağa qoyacaq".

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu “Rossiya 24” telekanalına müsahibəsində Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

O bildirib ki, bu qərarla əlaqədar Rusiya neft hasilatını azaltmağa hazırdır: "Belə ki, artıq 2023-cü ilin əvvəlində neft hasilatı 5-7 % azaldıla bilər".

Xatırladaq ki, G7 ölkələri, eləcə də Avropa İttifaqı (Aİ) və Avstraliya dekabrın 5-də Rusiya neftinin yuxarı qiymət həddininin 1 barel üçün 60 dollar müəyyən edilməsi barədə qərara gəlib. Dünən isə Rusiya Prezidenti Vladimir Putin bununla əlaqədar cavab tədbirlərini nəzərdə tutan fərman imzalayacağını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru