Müharibə Çini çətin vəziyyətə salıb - Səfir

24-12-2022, 08:46           
Müharibə Çini çətin vəziyyətə salıb - Səfir
Rusiya-Ukrayna böhranı Çini siyasi cəhətdən çətin vəziyyətə salıb və AB ilə münasibətlərini çətinləşdirib.

Axar.az xəbər verir ki, bu sözləri Çinin Avropa İttifaqındakı yeni səfiri Fu Tsun mediaya müsahibəsində bildirib.

"Ukrayna böhranı Çinin AB ilə münasibətləri üçün problemə çevrilir", - Fu Tsun bildirib.

Qeyd edilib ki, Çinin AB-dəki səfiri vəzifəsi bir ildir boş idi və Fu Tsun məhz bu ay vəzifəyə başlayıb. Məlumata görə, bütün bu müddət ərzində Çinin Avropa Birliyi ilə münasibətlərinin mərkəzində Rusiya-Ukrayna münaqişəsi, eləcə də Pekin və Moskva arasında sıx əlaqələr dayanırdı.

Qeyd olunur ki, Avropa liderləri Çinin Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı”nı pisləməsini və vəziyyəti nizamlamaq üçün təsirindən istifadə etməyi təkid ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru