Bayden adminstrasiyası Putini reallığı tam həcmdə etiraf etməyə və ...

25-12-2022, 00:01           
Bayden adminstrasiyası Putini reallığı tam həcmdə etiraf etməyə və ...
Zelenskinin ABŞ-a səfərindən sonra , dünən ABŞ qanunvericiləri Ukraynaya 45 milyard dollarlıq yardım paketini təsdiqləyib.
Qeyd edim ki, bundan öncə - son 10 ay ərzində ABŞ-ın Ukraynaya dəstəyi 50 milyard dollar həcmində olub.
Dünən Bayden həmçinin ABŞ-ın müdafiə xərcləri üçün illik 858 milyard dollar həcmində büdcə layihəsini təsdiqləyib.
Qanun layihəsi 2023-cü maliyyə ilində Avropanın müdafiə təşəbbüslərinin dəstəklənməsi üçün vəsait ayrılmasına icazə verir.
Bu da Ukraynaya əlavə yardım nəzərdə tutur, çünki Avropa təhlükəsizlik təşəbbüslərində Ukraynaya edilən təhlükəsizlik yardımının əhatə dairəsini genişləndirir.
Müdafiə büdcəsinin imzalanmasından sonra Bayden adminstrasiyası Rusiya prezidenti Pitini reallığı etiraf etməyə və nəhayət, Ukraynadakı əməliyyatları “müharibə” adlandırdıqdan sonra qoşunları bu ölkədən çıxarmağa çağırıb.
Müharibənin başladığı gündən Kreml rəsmi olaraq bunu “xüsusi hərbi əməliyyat” adı ilə elan etmişdi.
Müharibənin 9 ayına kimi Rusiyada Ukraynadakı hərbi əməliyyatlarla bağlı müharibə sözü istifadə etdiyinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun üzərindən minlərlə adama inzibati cəza və maliyyə cərimələri tətbiq edilib.
Ancaq keçən həftə Rusiya XİN- Lavrovun bu əməliyyatları müharibə adlandırmasından sonra , bu həftə Putin mətbuat konfransında məcbur qalıb əməliyyatları müharibə adlandırdı.
Ardınca da əlavə etdi ki, bu müharibənin mümkün qədər tez bitirəcəyinə ümid edir.
Bundan sonra Bayden adminstrasiyası Putini reallığı tam həcmdə etiraf etməyə və qoşunları Ukraynadan təcili çıxararaq, müharibəyə son qoymağa çağırıb.
Yeganə Hacıyeva
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.