“Euronews” Qarabağda ermənilərin xeyrinə süjet verdi, sonra sildi - FOTO

26-12-2022, 12:39           
“Euronews” Qarabağda ermənilərin xeyrinə süjet verdi, sonra sildi - FOTO
“Euronews” telekanalı Azərbaycana qarşı qərəzli video-süjet hazırlayıb.
“Dağlıq Qarabağ: blokadanın iki həftəsi” süjetdə azərbaycanlı ekoaktivistlərin Xankəndi-Laçın yolundakı aksiyanı blokada kimi təqdim edib.

Videomaterialda, həmçinin ermənilərin ötən gün Xankəndində keçirdiyi aksiya barədə geniş məlumat verilib. Qarabağ iqtisadi rayonu “Dağlıq Qarabağ” kimi təqdim olunub. Süjetə hazırlanan mətndə Xankəndi şəhəri, ilk olaraq Stepanakert kimi təqdim olunub, daha sonra mötərizədə Xankəndi kimi qeyd edilib.

Maraqlıdır ki, “Euronews” telekanalı sonradan bu süjeti həm rəsmi saytından, həm də sosial şəbəkə hesablarından silib. Hazırda həmin süjetin linkinə keçid etdikdə saytda belə bir materialın olmadığı görünür.

Qeyd edək ki, ilk olaraq bu fakta jurnalist Əli Əhmədov diqqət çəkib.

Xatırladıq ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Mənbə: Qafqazinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru