"Ukrayna ilə danışıqlara hazırıq " - Putin"Rusiya Ukraynada müharibədə iştirak edən bütün tərəflərlə danışıqlara hazırdır, lakin Kiyev və onun Qərb himayədarları danışıqlardan imtina ediblər".
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" dövlət televiziyasına müsahibəsində deyib.
"Biz məqbul həll yolları ilə bağlı iştirak edən hər kəslə danışıqlar aparmağa hazırıq, lakin bu, onlardan asılıdır – danışıqlardan imtina edən biz deyilik, onlardır",- deyə Putin əlavə edib. Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri deyib ki, Putin reallığa qayıtmalı və danışıqları istəməyən Rusiya olduğunu etiraf etməlidir.