Qarabağdakı erməni silahlılar “mülki” oldular - VİDEO
27-12-2022, 11:36
Erməni silahlı birləşmələrinin Qarabağdakı qalıqları yenidən fəallaşıb.
Bu dəfə onlar mülki geyimdə azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri aksiyaya qarşı çıxıblar.
Erməni silahlılarının görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Əyinlərinə mülki paltarlar geyinmələrinə baxmayaraq, hərbi formada döyüş postundakı fotoları da paylaşımlarda yer alıb.