Əvəz Zeynallı ombudsman Səbinə Əliyevaya MÜRACİƏT ETDİ

27-12-2022, 16:41           
Əvəz Zeynallı ombudsman Səbinə Əliyevaya MÜRACİƏT ETDİ
Hazırda həbsdə saxlanılan “Xural” Medfia Qrupunun rəhbəri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyevaya müraciət edib.

TEREF.AZ musavat.com-a istinadla xəbər verir ki, bu barədə Əvəz Zeynallının həyat yoldaşı Məlahər Zeynallı məlumat yayıb.

Ə. Zeynallı müraciətində Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən bu il sentyabrın 10-da siyasi sifariş əsasında, saxta ittihamlarla həbs olunduğunu, həbsindən ötən 3 ay 10 gün olmasına baxmayaraq, hələ də ailə üzvləri ilə telefon danışıqlarına və ailə görüşünə qanunsuz və əsassız olaraq qadağa qoyulduğunu bildirib. O, ombudsmandan bu məsələ ilə bağlı müraciətinə baxılmasını və insanların doğal haqq və hüquqlarının pozulmasına öz səlahiyyətləri daxilində münasibət bildirilməsini istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru