Müxalifət üçün Avropa nağılı
27-12-2022, 19:57

Bu nağılı Avropada balaca uşaqlara danışırlar. Mən isə bizim müxalifətə bu əhvalatı xırdalamaq istəyirəm.
Deməli, 5 öküz vardı. Onlar bir-biri ilə çox mehriban dolanırdı, bir yerdə otlayırdılar. Şir belə onlara yaxın düşə bilmirdi. Heyvanların sultanını buynuzlayıb yerlə sürüyürdülər...
Günlərin birində öküzlərin arasına söz-söhbət düşdü. Onlar bir-birindən ayrılıb otlamağa başladılar. Bundan xəbər tutan şir hərəkətə keçdi. Öküzləri tək-tək parçalayıb yedi...
Bu nağılın anlamı odur ki, zəiflər birləşəndə gücə çevrilir. Hətta ən güclülər belə o güclə hesablaşmalı olurlar...
Azərbaycanda da eyni mənalı nağıllar var. Ancaq bizim müxalifət belə primitiv şeyləri anlamaq iqtidarında deyil. Ona görə də iqtidar bizim müxalifəti tək-tək sıradan çıxarır...
Əlbəttə, mən yaxşı bilirəm ki, bizim müxalifətə söz kar edən deyil. Ancaq yenə də deyirəm. Deyirəm ki, heç olmasa Azərbaycan gəncliyi bu avantüraya qoşulmasın. Onlar siyasətə daha rasional yanaşsınlar...
Elbəyi Həsənli
Teref.az