İrəvan üştərəfli görüşdə istədiyini almayıb

28-12-2022, 08:18           
İrəvan üştərəfli görüşdə istədiyini almayıb
Dünən Sankt-Peterburqda Putin-Əliyev-Paşinyan görüşü keçirilib: bu haqda Putin bu gün Paşinyanla görüşündə açıqladı, lakin tərəflərin heç birinin rəsmi məlumat verməməsi görüşün qeyri-formal xarakter daşıdığını deməyə əsas verir;
Putinin açıqlaması isə “Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərində vasitəçiliyini davam etdirdiyini” göstərməyə hesablanıb.
Görüşdə Putinin dediyi kimi, Cənubi Qafqazdakı vəziyyət, Bakı-İrəvan münasibətləri müzakirə edilir. Lakin əsas mövzunun Laçın yolu ilə bağlı olduğu ehtimalı böyükdür.
Və bəllidir ki, Əliyev öz mövqeyindən geri çəkilməyib:
Birincisi, Laçın yolunda aksiya davam edir və sülhməramlıların “mülki ermənilər”dən istədiyi iki gün vaxt başa çatdı: mümkündür ki, Əliyevin Sankt-Peterburq səfərində məsələnin həll ediləcəyini düşündükləri üçün belə bir vədlə çıxış ediblərmiş;
İkincisi, Paşinyanın Putinlə görüşdə dediyi “belə çıxır ki, sülhməramlılar Laçın dəhlizinə nəzarət etmir” sözləri üçtərəfli görüşdə İrəvanın istədiyini almadığını göstərir.
Asif Nərimanlı
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru